Metan | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | CH4 |
Molyar kütlə | 16,04 q/mol |
Fiziki xassələri | |
Sıxlıq |
qaz (0 °C, 1013 qPa) 0,71 kq/m³; |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -182,5 °S |
Qaynama nöqtəsi | -161,6 °S |
Öz-özünə yanma temperaturu | 537,8 °C |
Əmələgəlmə entalpiyası (n.ş.) | 0,94 kC/mol |
Kimyəvi xassələri | |
Suda həllolma | 35 q/100 ml |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 74-82-8 |
PubChem | 297 |
SMILES | C |
RTECS | PA1490000 |
ChEBI | 16183 |
BMT nömrəsi | 1971 |
ChemSpider | 291 |
Toksikologiya | |
Zəhərliliyi |
Metan qazı – kimyəvi formulu CH4 olan sadə karbohidrogen. Adi şəraitdə, yəni atmosfer təzyiqi altında və otaq temperaturunda rəngsiz, iysiz və mavi rənglə yanan qazdır. Suda az həll olur və havadan yüngüldür. Onun kritik parametrlərinə əsasən metanın maye halına çevrilməsi üçün nisbətən aşağı temperatur (−82 °C) tələb olunur. Metan təbii qazın əsas komponentidir, parafinlər və ya alkanlar adlanan doymuş alifatik karbohidrogenlərin homoloji sırasının birinci üzvüdür. Quruluşda C-C əlaqəsinin olmaması onu bu sıranın digər üzvlərindən fərqləndirir, o, ən dayanıqlı və nisbətən inert karbohidrogendir. Onun parçalanma temperaturu etanın parçalanma temperaturundan 200 °C yüksəkdir, eyni zamanda sıranın digər üzvləri arasındakı temperatur fərqi təxminən 25 °C təşkil edir.
Azərbaycanda illik metan qazı istehsalı 40–45 mln. m3.qaya.
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search